Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə III Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.

Ölkənin bütün bölgələrindən 5 fənn üzrə 1400 nəfərə yaxın şagirdin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb.

Şagirdlər arasında fərdi nəticələrə görə qaliblərin müəyyən edilməsi ilə yanaşı, hər bir rayon (şəhər) məktəblilərinin nəticələri komanda hesabında ümumiləşdirilərək rayon və şəhərlərin reytinq cədvəli də müəyyən ediləcək.

Xatırladaq ki, fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi cari ilin martında 14 000 şagirdin iştirakı ilə bölgələrdə keçirilib.

Respublika fənn müsabiqələrinin nəticələri yaxın günlərdə www.olimp.istedad.edu.az saytında elan olunacaq.

2015-ci ildə keçirilən I fənn müsabiqələrinin nəticələrinə əsasən aşkar edilən istedadlı şagirdlər artıq ölkəmizi müxtəlif beynəlxalq fənn olimpiadalarında təmsil edərək nailiyyətlər qazanıblar.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında