“Virtual reallıq” texnologiyasının tədrisdə tətbiqi metodu”nun təqdimatı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” “Virtual reallıq texnologiyasının tədrisdə tətbiqi metodu”nu ictimaiyyətə təqdim edib.

Ölkəmiz üçün yeni olan bu layihənin əsas məqsədi ABŞ, Böyük Britaniya, İsveçrədən sonra dünyada ilk dəfə Azərbaycanda tədris sistemində virtual reallıq və artırılmış reallıq metodunun tətbiqini ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf  ölkəmiz üçün yeni olan metodun tətbiqi və əhəmiyyəti barədə ətraflı məlumat verdi.

O bildirdi ki, təşkilatın fəaliyyət göstərdiyi on il ərzində həyata keçirilən layihələrdə yeni ideya və fikirlərlə yanaşı, yeni innovativ metod axtarışında olublar. Onun sözlərinə görə, müasir dövrdə dünyanın vacib hissəsinə çevrilməyə gedən yol ətalətdən uzaq, keyfiyyətli və fərqli düşüncədən, innovativ yanaşmadan, xüsusilə təhsildən keçir.

AGAT sədri qeyd etdi ki, deyilənləri nəzərə alaraq, təşkilat Azərbaycanda pilot layihə kimi artıq təhsildə yeni texnologiyalardan istifadə edərək “virtual gerçəklik”  və “artırılmış gerçəklik” innovativ metodunun tətbiqinə nail olmuşdur.

Daha sonra təşkilat nəzdində fəaliyyət göstərən “Etika Akademiyası”nın rəhbəri Günel İbrahim “virtual reallıq” texnologiyasının tədrisdə tətbiqi metodlarından danışdı. Azərbaycanda “Etika Akademiyası” olaraq innovativ vasitələrlə bilikləri tez bir şəkildə mənimsəməyin, riyaziyyat, ana dili fənlərini bu sistemə köçürülməsinin mümkün olduğunu söylədi. O vurğuladı ki, bu sistem vasitəsi ilə insanlar sürətli düşünmə mexanizminə sahib ola bilərlər.

AGAT – Etika Akdemiyasının bu layihədə əməkdaşlıq etdiyi təşkilatın partnyoru Gökhan Güneriyə söz verildi. Güneri bu sistemin yaranmasından və tədbiqindən söz açdı və ­qonaqları əyani olaraq sistemlə tanış etdi.

Sonda AGAT sədri Nərgiz Xələf ümidvar olduğunu bildirdi ki, yeni innovativ texnologiyanın tədrisdə tətbiqi daha savadlı və intellektual, geniş dünyagörüşə malik gəncliyin yetişməsinə töhfə olacaq.

Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ombudsman Aparatı, Milli Məclisin Elm və təhsil komitəsi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, digər dövlət strukturları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişlər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında