Meksika səfiri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbi (BANM) və Meksika Neft İnstitutu arasında əməkdaşlığın perspektiv inkişafı, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyi və digər məsələlər adıçəkilən ali məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodrigo Labardini ilə görüşündə müzakirə olunub.

BANM-də keçirilən görüşdə, həmçinin, 24-cü beynəlxalq “Xəzər neft –qaz sərgi və konfransı”nda iştirak etmək məqsədilə Azərbaycana gələn Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Xerardo Ortiz Qayardo də iştirak edib.

Qonaqlara BANM-in nailiyyətləri və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən Ramiz Hümbətov onları ali məktəbin yeni açılmış kampusu, müəllim və əməkdaşlar üçün yaradılan şərait, təhsil prosesinin təşkili ilə bağlı ətraflı məlumatlandırıb.

Səfir Rodrigo Labardini Azərbaycanla əməkdaşlığın Meksika üçün xüsusi əhəmiyyətini vurğulayaraq ölkəsinin iqtisadiyyatında əldə edilən nailiyyətlərdən söz açıb. Bildirib ki, ali məktəblə Meksika Neft İnstitutu arasında əlaqələrin inkişafında Viktor Ortiz Qayardonun səfərinin mühüm rolu olacağına ümid edir. Rodrigo Labardini bu kimi əlaqələrin inkişafının vacibliyini cari ilin əvvəlində rektor Elmar Qasımovla görüşdə müzakirə etdiklərini xatırladıb.

Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Ortiz Qayardo isə öz növbəsində BANM ilə əlaqələrin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müasir texniki təchizatı olan tədris laboratoriyaları, o cümlədən neft sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlamaq imkanlarına malik BANM-la əməkdaşlığın Meksika Neft İnstitutuna böyük faydası olacağını qeyd edib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıqlar və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında