“Qoy həmişə sülh olsun!”

Sumqayıt şəhərindəki 21 nomrəli tam  orta məktəbdə bu  deviz altında keçirilən  gecəni  həmin məktəbin 1-ci sinfinin 26 şagirdi ilə onların müəllimi İradə Behbudova   təşkil etmişdi. Bu tədbir onların 8 aydan bəri öyrəndikləri biliklərin hesabatı olmaqla yanaşı, tarixi hadisələrə , əlamətdar günlərə münasibətlərinin  göstəricisi idi.

Bu balalar tədbir boyu sülh rəmzi olan göyərçin maketini əllərində saxlayaraq, hər kəlmələri ilə dünyaya sülh əmin-amanlıq arzulayırdılar. Məktəbə gəldikləri ilk gün, “ilk zəng”in sədaları onları sevindirməklə yanaşı, gərgin və məsuliyyətli bir dövrə qədəm  qoyduqları barədə xəbərdarlıq etmişdi.

 Tədbirdə uşaqlar “Qarabağ bizimdir--bizim olacaq!” deyərək  düşmənə öz nifrətlərini ifadə edirdilər. Video-görüntüdə ulu öndər Heydər Əliyevin ifasında Səməd Vurğunun “Azərbaycan” seirini dinləyən uşaqlar Vətənə olan sevginin ilhamını ulu öndərimizdən aldıqlarını bildirdilər.

Ulu  öndərin  doğum  günü,  Respublika  Günü  xatırlandı. Bu münasibətlə  uşaqlar  gözəl şeirlər səsləndirdilər. Sonra uşaq hüquqları ilə  bağlı  fikirlər səsləndirildi. Dünyada uşaq hüquqlarını müdafiə edən UNİCEF adlı bir təşkilatın olduğunu, BMT-də Uşaq Hüquqları Konvensiyasının  qəbul edildiyini, Azərbaycanda  uşaq hüquqlarının bu sənədə uyğun qorunduğunu dilə gətirdilər.

 “Azərbaycan” mahnısnın sədaları altında zala məşəllər və bayraqlar daxıl oldu. Odlar yurdu Azərbaycanın rəmzi olan üçrənglı, ay-ulduzlu bayrağımızı öpərək gözləri üstünə  qoyan uşaqlar bu əhval-ruhiyyədə “Bütovləşən və gözəlləşən, sülhsevər Azərbaycan naminə səslənsin Azərbaycan Respublikasının Dövlət himni”,-- deyərək, himnimizi böyük fəxrlə ifa etdilər.

Birincilərin yandırdığı məşəlin işığına coxlu qonaq gəlmişdi. Onların arasında Sumqayıt   Şəhər Təhsil İdarəsinin nümayəndəsi, məktəb direktorları, KİV nümayəndələri, veteran müəllimlər, valideynlər vardı. Valideynlər adından çıxış edən Pərvanə Haqverdiyeva balacaları Usaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi.

Sonda məktəbin direktoru Vladim İbrahimov cıxış edərək uşaqlara dövlətimiz tərəfindən  göstərilən qayğıdan danışdı.

 Vərtənə, xalqa  belə yüksək  məhəbbət  bəsləyən bu istedadlı, bacarıqlı uşaqları  görəndə  adam, həqiqətən fəxarət hissi keçirir. Əmin olursan ki, Azərbaycanın gələcəyi etibarlı  əllərdə olacaq.

Bu məktəbin nəticələri ilə də maraqlandıq. Sumqayıt şəhər 21 nömrəli tam orta  məktəb respublikanın ən nüfuzlu ümumtəhsil ocaqlarından biridir. Hər zaman  tələbə qəbulu zamanı yüksək nəticə göstərib, şagirdləri fənn olimpiyadalarının qalibləri sırasında yerlər qazanıb, iki dəfə Prezident tərəfindən “İlin ən yaxşı ümumtəhsil məktəbi”  adına layiq görülüb.

Elvin  MİKAYILOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında