Azərbaycan – dünyanın multikulturalizm mərkəzi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri” mövzusunda respublika elmi konfransı keçirilib. ATMU-da rektor səlahiyyətlərini icra edən dosent Eldar Aslanov konfransı açaraq, tədbir iştirakçılarını salamlayıb və bildirib ki, Azərbaycan müasir dövrdə dünyanın multikurturalizm mərkəzi kimi tanınır. Eyni zamanda, respublikamız bu sahədə bir çox ölkələrə öz nümunəsini göstərməkdədir.

E. Aslanov qeyd edib ki, dünyanın onlarla ali təhsil müəssisəsində “Azərbaycanın multikulturalizm modeli” fənn kimi tədris planlarına daxil edilmişdir. Tədbirin təşkilində əsas məqsəd müasir dövrdə tolerantlığın, mədəni, dini və linqvistik  müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən işlərə nəzərən multikultural  dəyərlərin qorunmasına xidmət edən daha mükəmməl model və aparılan tədqiqatların təbliği mexanizmini hazırlamaqdır. Həmçinin, digər məqsəd mədəni-etnik müxtəlifliyin dövlətçiliyin inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib həyata keçirməkdən ibarərdir.

Konfransda ölkəmizin ali təhsil müəssisələrinin çoxsaylı nümayəndəsi  iştirak etmişdir. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Zaur Bağırovun “Müasir dünyada insan kapitalı anlayışı”, Azərbaycan Turizm və Menecment Universitetinin doktorantura və əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirlinin “Kadr hazırlığı prosesində multikultural dəyərlər” adlı məruzələri geniş diskusiyaya səbəb olub. Bölmə iclasları ilə davam etmiş konfransın gündəliyinə “Multikulturalizm və tolerantlığın mahiyyəti və təbliği”, “Azərbaycançılıq və mədəni-etnik müxtəliflik”, “Mədəni, dini müxtəlifliyin tolerant əsasları”, “Multikultural dəyərlərin mədəniyyətlərin inkişafına təsiri”, “Mədəni irsin təbliğində turizmin rolu”, “Azərbaycan multikulturalizm mərkəzi kimi”, “Multikulturalizm təbliğində bədii mədəniyyətin rolu”, “Turizmin sosial-iqtisadi inkişafa təsiri”, “Mətbəx mədəniyyəti multikultural kontekstdə”, “İdman tədbirlərində multikultural dəyərlər” adlı məruzələr daxil edilmişdir.

Bölmə iclaslarında ATMU-nun dosenti Məhərrəm Zülfüqarlının “Azərbaycan xalqlar dostluğu tolerantlığa nümunədir. (1970--1980-ci illər tarixşünaslığının təhlili)”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fazil Hacıyevin “Azərbaycanın sosial – iqtisadi inkişafında turizmin  fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi”, ATMU-nun doktorantları Sənubər Qənbərovanın “Azərbaycan Xalq Cümhuriyyətinin tolerantlıq prinsipləri və erməni problemi” və Nurlana Nəsirlinin “Beynəlxalq münasibətlərdə kommunikasiya”, həmin universitetin dissertantları Firuzə Raşovanın “Azərbaycanda dinlərarası tolerantlıq” və Rinard Şərifovun “Multikultural cəmiyyət: mahiyyəti və xüsusiyyətləri”, professorlar Həsən Sadıqov və Ramazan Məmmədovun “Tolerant və multikultural xalq” mövzularında məruzələri və digər çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.

Konfrans yekun plenar iclasla başa çatmışdır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında