Proqram mühəndisliyi mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsidir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Təhsil Nazirliyinin və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də “Proqram mühəndisliyinin aktual elmi-praktik problemləri” mövzusunda birinci respublika konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans proqram mühəndisliyinin elmi-nəzəri, tədrisi, tətbiqi problemlərinin əsas istiqamətləri üzrə təşkil olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini bildirib. O, ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edib.

Akif Əlizadə proqram mühəndisliyinin ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsi olduğunu deyib. Akademik bildirib ki, BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan olunan informasiya cəmiyyətinin əsasında İKT və biliklər iqtisadiyyatı dayanır. Bu sahənin ən mühüm sektorlarından biri də məhz proqram mühəndisliyidir.

Alim bu gün ulu öndərin əsasını qoyduğu elmi-texnoloji inkişaf xəttini davam etdirən Prezident İlham Əliyev tərəfindən Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması ilə bağlı bir sıra konseptual sənədlər, mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Akif Əlizadə biliklər iqtisadiyyatının bir seqmenti kini formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağının dayandığını vurğulayıb. Bildirib ki, Azərbaycan gənclərinin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Alim bu istiqamətdə AMEA ilə Təhsil Nazirliyi arasında işgüzar münasibətlərin mövcud olduğunu nəzərə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov proqram mühəndisliyinin aktual-elmi nəzəri və praktiki problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, böyük iqtisadi perspektivləri olan proqram mühəndisliyinin inkişafına dünyanın bir çox ölkələrində diqqət yetirir. F.Qurbanov proqram mühəndisliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi və təhsil sistemində buna uyğun islahatların aparılmasının zəruriliyini vurğulayıb.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycanda  proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycanda bu proqramlaşdırma texnologiyalarının müəyyən ənənəsi vardır. Telekommunikasiyanın, radioelektronikanın, hesablama texnikasının strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirib. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər yetişməyə başlayıb.

AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Proqram mühəndisliyinin formalaşmasının bəzi aktual problemləri” mövzusunda çıxış edib. Akademik proqram mühəndisliyi: vəzifələr və hədəflər, proqram mühəndisliyinin iqtisadi perspektivləri, bu sahədə beynəlxalq standartlar, kadr hazırlığı , elmi, informasiya təhlükəsizliyi və hüquqi-etik problemlərinə dair ətraflı məlumat verib.

Rasim Əliquliyev Azərbaycanda proqram mühəndisliyinin inkişafına dair bir sıra təklif və tövsiyələrini də səsləndirib. Alim ölkənin müvafiq ali təhsıl müəssisələrində “proqram mühəndisliyi” ixtisası üzrə kadrların hazırlanması, bu sahədə mövcud olan beynəlxalq standartların milliləşdirilməsi, onların tətbiqi və tədrisinin həyata keçirilməsi, müvafiq qurumlar tərəfindən proqram mühəndisliyi sahəsində aparılan elmi araşdırmalara  və irəli sürüləcək təşəbbüslərə dəstək verilməsi ilə bağlı tədbirlərin həyata keçirməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin kompüter proqramları təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov “Proqram mühəndisliyi sahəsində dünya təcrübəsi və tendensiyalar”, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə “Ölkəmizdə proqramlaşdırmanın tədrisi haqqında” və “Microsoft” şirkətinin eksperti Qaçay Mirzəyev “Proqram mühəndisliyi sahəsində “Microsoft” şirkətinin prioritetləri” adlı məruzələrlə çıxış ediblər.

Sonda konfrans öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin  tətbiqi problemləri” mövzusunda təşkil olunmuş seksiya iclasları ilə davam etdirib. Konfransa  proqram mühəndisliyinin müxtəlif aspektləri ilə bağlı 80-dən çox məruzə təqdim olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında