UNEC-də “Karyera günləri”: Tələbələr tanınmış iş adamları ilə görüşürlər

Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. Görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət qiymətləndirən diplomat tələbələrə karyerasına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün universitetdə əldə etdiyikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. Səfir tövsiyə edib ki, iş adamlarının paylaşdıqları təcrübələri tələbələr bir fürsət kimi dəyərləndirsinlər.

UNEC-in prorektoru, professor Damət Bağırov İqtisad Universitetində həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, son illər universitet iş adamları ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirir. Onlarla mütəmadi görüşlər keçirilir, tədris proqramları və fənlərinin hazırlanmasında iş adamlarının təklif və tövsiyələri dinlənilir. UNEC-də praktiki fənlərin tədrisinə üstünlük verilir, müasir tələblərə cavab verən fənlər tədris olunur. İş dünyasının tanınmış simaları ilə sıx əməkdaşlıq universitetin tədrisini daha səmərəli etməklə yanaşı, kadr problemlərinin həllində də müsbət rol oynayır. Professor D.Bağırov iş adamlarını UNEC-lə daha sıx əməkdaşlıq etməyə dəvət edib və 5 gün davam edən müzakirələrin faydalı olacağını bildirib.

ATİB sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə qarşılıqlı əməkdaşlığının vacibliyindən danışıb. Bildirib ki, müasir tələblərə cavab verən kadr hazırlığı  universitet – iş dünyası əməkdaşlığını zəruri edir. Bu baxımdan ali təhsil müəssisələri və iş dünyası münasibətlərinin inkişaf etməsində belə görüşlər böyük əhəmiyyət kəsb edir.

Beş gün davam edəcək görüşlər Türk dünyası işlətmə fakültəsi, biznes və menecment fakültəsi və karyera mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında