İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında dünya şöhrətli alimlərlə görüş olub

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbə və müəllimlərinin akademik Roald Saqdeyev və professor Vladimir Zelmanla görüşü olub.

Cənubi Kaliforniya Universitetinin (ABŞ, Los-Anceles) anesteziologiya və reanimotologiya kafedrasının rəhbəri, professor Vladimir Zelman ABŞ-ın üç ən yaxşı anestezioloqundan biridir. O, Rusiya Tibb Elmləri Akademiyasının fəxri üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü (2014-cü il), Sankt-Peterburq Hərbi Tibb Akademiyasının, Novosibirsk Dövlət Tibb Universitetinin fəxri professoru, Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin müşahidə şurasının üzvü, Seçenov Universitetinin fəxri professorudur.

Professor Vladimir Zelman neyroelmlər sahəsində liderlərdən və ABŞ-da neyroanesteziologiyanın pionerlərindən biridir. O, beyin fəaliyyətinin öyrənilməsinə həsr olunmuş böyük beynəlxalq elmi-tədqiqat layihələrinə qoşulur və belə layihələr təşkil edir.

Professor V.Zelman Cənubi Kaliforniya Universitetinin əməkdaşlarının başqa təşkilatlardan olan həmkarlarla tərəfdaşlıq şəraitində bu sahədə əldə etdikləri ən maraqlı nəticələrdən danışıb. Cənubi Kaliforniya Universitetinin Zilka adına Neyrogenetika İnstitutunun alimləri artıq bir neçə ildir Yel Universitetinin və Allen adına Beyin İnstitutunun bir qrup əməkdaşı ilə birgə tədqiqat aparırlar. Onların məqsədi inkişaf edən insan beyninin tam genetik məlumat bazasını yaratmaqdır. Alimlərin fikrincə, belə baza müxtəlif beyin pozulmalarının yaranmasının genetik riskini dəyərləndirməyə imkan verəcək. Artıq mərkəzi sinir sisteminin patologiyası ilə bağlı olan 300-dən çox genetik lokus eyniləşdirilib. Hazırda dünyada ən böyük baza sayılan bu baza 2011-ci ildən bütün əlaqədar istifadəçilərin sərəncamına verilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında