Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbinə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, 9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbi 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar
qovşağından ibarətdir.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, daha sonra media nümayəndələri Göyçay rayonu Yeniarx kənd orta məktəbinin Hacağabəyli kənd sinif komplekti ilə tanış olublar. 4 sinif otağından,  1 müəllimlər otağı və sanitar qovşağından ibarət olan məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. Bildirilib ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib.  Həmçinin 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında