“ADA” Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənir

Aprelin 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə əcnəbi tələbələr və xarici dövlətlərin səfirlikləri stendlər qurub ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, çap məhsullarını nümayiş etdiriblər. 

AZƏRTAC xəbər verir ki, sərgi VI Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Artıq ənənəyə çevrilmiş festivalda bu il 40-dan çox ölkə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi  iştirak edib. Tədbirə ilk dəfə qoşulan ölkələr arasında Xorvatiya, Banqladeş, Finlandiya, Litva və Birləşmiş Ərəb Əmirlikləri də var.

Tədbir çərçivəsində “Analar festivalı” adlı uşaq guşəsi də təqdim olunub.

Konsert proqramı ilə davam etdirilən festivalda azərbaycanlı və əcnəbi tələbələr müxtəlif xalqların musiqilərini səsləndirib, rəqslərini ifa ediblər.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılov festivalda öz milli mədəniyyətlərini nümayiş etdirdiklərinə görə iştirakçılara minnətdarlığını bildirib. O, növbəti festivallarda da bu ənənənin davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, tədbir “ADA” Universitetində tələbələrin multikultural mühitdə təhsil almaları, onların mədəni səviyyələrinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Festival azərbaycanlı tələbələrin digər xalqların mədəniyyətlərini öyrənməyə, həmçinin mədəniyyətimizin təbliğinə kömək edir.

Qeyd edək ki, hazırda “ADA” Universitetində 35 müxtəlif ölkədən yüzədək xarici tələbə təhsil alır. Onların üçdə biri “Əlimərdan bəy Topçubaşov” təqaüdünü qazanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında