"Gənc istedadlar" liseyində Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Dekabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki "Gənc istedadlar" liseyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbir dövlət himnimizin səslənməsi ilə başlanmışdır.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2007-ci ildən fəaliyyət göstərən liseyin tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan danışmışdır. Hazırda bu tədris müəssisəsində 475 şagirdin təhsil aldığını qeyd edən rektor bildirmişdir ki, liseyin BDU-nun nəzdində fəaliyyət göstərməsinin əsas məqsədi gəncləri universitet mühitində formalaşdırmaq və ali məktəbə hazırlamaqdır. 2010-cu ildə liseyin bütün məzunlarının ölkəmizin nüfuzlu ali məktəblərinə qəbul olunduğunu diqqətə çatdıran A.Məhərrəmov bu təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bütün həmvətənlərimiz üçün böyük önəm daşıdığını vurğulayan rektor liseyin müəllim və şagirdlərini həmin gün və Yeni il münasibətilə təbrik etmiş, onlara təhsildə və həyatda uğurlar arzulamışdır.
Bayram tədbiri şagirdlərin ifasında mahnı, şeir və rəqslərlə davam etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında