“ADA” Universiteti Abdulla Gül Universiteti ilə əməkdaşlıq edəcək

“ADA” Universiteti Türkiyənin daha bir ali təhsil ocağı ilə əməkdaşlığa başlayır.

Aprelin 11-də “ADA” Universitetində bu ali məktəb ilə Türkiyənin Abdulla Gül Universiteti arasında əməkdaşlığa və tələbə mübadiləsinə dair anlaşma memorandumları imzalanıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, memorandumları xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev və Abdulla Gül Universitetinin rektoru, professor İhsan Sabunçuoğlu imzalayıblar.

İmzalanma mərasimində Türkiyənin sabiq Prezidenti Abdulla Gülün başçılığı ilə universitetin nümayəndə heyəti iştirak edib.

Abdulla Gül təhsil və tədris proqramlarına xüsusi marağını ifadə edərək hər bir ölkə üçün ən yaxşı yatırımın məhz təhsil sahəsi olduğunu söyləyib.

Rektor Hafiz Paşayev ilə fikir mübadiləsi zamanı Abdulla Gül Universiteti və “ADA” Universiteti arasında müəyyən sahədə, o cümlədən ixtisaslar baxımından çox oxşarlıqların olduğu bildirilib.

Qeyd edilib ki, bu baxımdan hər iki ali təhsil ocağı arasında qurulacaq əməkdaşlıq qarşılıqlı fayda verəcək. Memorandumlara əsasən tərəflər birgə akademik və tədqiqi layihələr həyata keçirəcək, müəllim və tələbə mübadiləsi aparacaqlar.

Sonra  qonaqlar “ADA” Universitetinin tədris mərkəzi ilə tanış olublar. Türkiyənin sabiq Prezidenti universitetdə fəaliyyət göstərən tələbə musiqi klubunun təşkil etdiyi konsertdə də iştirak edib. Abdulla Gül “ADA” Universitetində fəal tələbə həyatını yüksək dəyərləndirib.

Qeyd edək ki, Türkiyənin sabiq Prezidenti Abdulla Gül 2015-ci ildə iqtisadiyyat elmində nailiyyətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə “ADA” Universitetinin fəxri doktoru adına layiq görülüb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında