BANM-də magistratura pilləsinə ilk qəbul elan edilib

BANM-in rektoru Elmar Qasımovun bildirdiyinə görə, 2017/2018-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin (BANM)  “Neft-qaz mühəndisliyi” ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, “Kimya mühəndisliyi” ixtisasının isə “Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib.

Elmar Qasımov daha sonra deyib ki, birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub. İxtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız BANM-də Böyük Britaniyanın Heriot-vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək.

BANM-də magistratura səviyyəsində təhsil ödənişsiz olaraq dövlət sifarişi əsasında reallaşacaq.  Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin BANM-də sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında