ATMU-da Sabre Azərbaycan şirkətinin nümayəndələri ilə görüş keçirilib

Qobal səyahət və turizm sahəsində qabaqcıl texnologiya təminatçısı kimi tanınan Sabre şirkəti dünyanın təxminən 60 ölkəsində fəaliyyət göstərir. Qeyd edək ki, şirkətin baş ofisi ABŞ-ın Texas ştatının Sauzleyk şəhərində yerləşir. Sabre şirkətinin proqram təminatından gəlirlərin, uçuşların, işçi heyətin, o cümlədən hava xətti və otellər zəncirinin çoxfunksiyalı  fəaliyyət sferasında uğurla istifadə edilir.

Sabre Azərbaycan şirkəti Bakıda  2014-cü ilin iyun ayından  peşəkar işçi heyəti ilə fəaliyyət göstərir. Bu müddət ərzində şirkət ölkəmizdə turizm sənayesinin əhəmiyyətli iştirakçısına çevrilə bilmişdir. Sabre şirkəti Silk Way Travel, Sindbad Travel, Carlton Travel Assistance, Spektr Travel, Europe Travel Assistance, Gilan Tourism, Globus Travel, Rayda Travel, GTN Tours və digər qabaqcıl və tanınmış turizm şirkətlərinə yüksək xidmət mədəniyyəti sayəsində qısa zamanda xeyli müştəri cəlb edərək onların razılığını qazana bilib.

ATMU-nun mətbuat xidmətindən redaksiyaya ünvanlanan məlumatda bildirilir ki, universitetin turizm və qonaqpərvərlik fakültəsinin təşkilatçılığı ilə bu günlərdə Sabre Azərbaycan şirkətinin ­Bakıdakı ofisinin direktoru Qabil Allahverdiyev, qurumun baş meneceri Zaur Ələsgərov və biznes inkişafı üzrə direktoru Natiq Nəbiyev Azərbaycan Turizm və Menecment Universitetində tələbələrə təlim keçiblər. İki gün davam edən  təlim zamanı tələbələrə Sabre sistemi və müvafiq fəaliyyət çevrəsində bu sistemdən məqsədəuyğun yararlanmanın başlıca üstünlükləri barədə ətraflı məlumat verilib.

Universitetin turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr üçün keçirilən bu təlimin əhəmiyyətli olduğunu deyib. O, qonaqlara ATMU ailəsi adından təşəkkürünü bildirib. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında