UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə Respublikasının paytaxtında Ankara Universitetinin rektoru, professor Erkan İbiş və Qazi Universitetinin rektoru, professor İbrahim Uslan ilə görüşüb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. İkili diplom proqramları və müvafiq sahələr üzrə beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılması imkanları qiymətləndirilib. Hər iki ali təhsil ocağı ilə birgə diplom proqramlarına başlanması barədə fikir mübadiləsi aparılıb. UNEC müəllimlərinin bir il müddətinə Ankara və Qazi universitetlərində ixtisas artırmaq məqsədilə tədrisə cəlb edilməsi, tələbə mübadiləsinin daha da genişləndirilməsi, eləcə də birgə tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Müzakirələrin nəticəsi olaraq, UNEC-lə Ankara Universiteti və Qazi Universiteti arasında akademik və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Elnarə Ömərova

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında