Albaniya Prezidentinə Dillər Universitetinin fəxri doktoru adı verilib

Albaniya Prezidenti Buyar Nişaniyə Azərbaycan Dövlət Dillər Universitetinin fəxri doktoru adı verilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən universitetin rektoru Əfqan Abdullayev iki ölkə arasındakı münasibətlərin tarixindən danışıb.

O bildirib ki, ikitərəfli münasibətlər siyasi, iqtisadi, enerji və mədəniyyət kimi sahələri əhatə edir. Albaniyanın turizm, sənaye və infrastruktur sahəsinə azərbaycanlı investorların fəal cəlb edildiyini deyən rektor iki ölkənin BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini vurğulayıb. Ə. Abdullayev, həmçinin Azərbaycanla Albaniyanın ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəklədiyini deyib. O iki ölkə arasında tələbə-professor mübadiləsinin artırılmasının qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə kömək edəcəyini qeyd edib.

B. Nişani fəxri ada layiq görüldüyünə görə qürur və məsuliyyət hissi keçirdiyini deyib. “Albaniya qarşısına çoxlu məqsədlər qoyub. Onlara nail olmaq üçün Azərbaycan da daxil olmaqla, tərəfdaşlarımız öz töhfəsini verir. Azərbaycan onların arasında xüsusi yer tutur. Azərbaycan enerji resurslarından səmərəli istifadə və idarəçilik baxımından bizim üçün örnək ölkədir”.

Hər iki ölkənin çətin zamanlardan keçdiyini və azadlıqları uğrunda mübarizə apardığını deyən B. Nişani hazırda qarşıda bir sıra ümumi məqsədlərin olduğunu vurğulayıb.

Sonra Albaniya Prezidenti tələbələrin suallarını cavablandırıb.

Tədbirdə, həmçinin “Qarabağ” futbol klubunun albaniyalı oyunçusu Ansi Aqolli də iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında