UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq

Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters”in departament direktoru Oleq Utkin və şöbə müdiri Valentin Boqorov UNEC rektoru, professor Ədalət Muradovla görüşüblər. “Thomson Reuters”lə universitet arasında gələcək əməkdaşlığın 3 istiqaməti – Beynəlxalq konfransın təşkili, elmmetrik laboratoriyanın qurulması və Gənc Alimlər Məktəbinin yaradılması görüşün əsas müzakirə mövzusu olub.

Bildirilib ki, UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə may ayında keçiriləcək “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək. Tədbir, eyni zamanda, ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək olacaq. Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin  konfransa təqdim edilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc Alimlər Məktəbi geniş müzakirə edilib. O.Utkin bildirib ki, dünya səviyyəli universitet olmaqda iddialı olan UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasına, elmi araşdırmaların keyfiyyətinin artırılmasına xidmət edəcək.

UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin  maraqlarına cavab verəcək elmmetrik laboratoriyanın açılması, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında