“2017 – 2020-ci illər üzrə strateji plan”ın icrasına dair qərar qəbul olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın “2016--17-ci tədris ilinin birinci semestr və payız imtahan sessiyasının nəticələri”nə həsr olunmuş iclası keçirilib.

 Tədbirdə keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, turizm və qonaqpərvərlik fakültəsinin dekanı, coğrafiya elmi üzrə fəlsəfə doktoru Rəhman Səfərov, xidmət mühəndisliyi fakültəsinin dekanı, biologiya elmi üzrə fəlsəfə doktoru, dosent Sevda Vəzirova, biznes idarəçiliyi fakültəsinin dekan müavini, Anar Mirzəyev və apelyasiya komissiyasının sədri, kimya elmi üzrə fəlsəfə doktoru Qahirə Məmmədovanın təhlil-müqayisə formatında hazırladıqları  məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, birinci semestr və payız sessiyası üzrə  yekun imtahan nəticələrinin qənaətbəxş hesab olunmasına dair yekdil qərar qəbul edilib.

Elmi Şura iclasının gündəliyindəki ikinci məsələ üzrə universitetin rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovun şura üzvlərinə təqdim olunan məruzəsi müzakirə olunub. Məruzə ətrafında aparılan fikir mübadiləsində bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla Azərbaycan Turizm və Menecment Universitetinin “2017--2020-ci illər üzrə strateji planı”nın icrasına dair qərar qəbul olunub.

Cari məsələlər sırasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Eminovun “Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib və ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib.

İclasın sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru Tərlan Növrəslinin və iqtisadiyyat üzrə fəlsəfə doktoru Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaları üçün açıq səsvermə keçirilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında