“SABAH” innovasiya forumu təşkil olunub

Martın 2-də  “SABAH” qruplarının təşkilatçılığı ilə “SABAH” innovasiya forumu keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdən məqsəd bu il məzun olacaq “SABAH” qrupları tələbələrinin inkişaf istiqamətlərindən biri olan sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək olmaqdır.

Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAH” qrupları haqqında məlumat verib, tədbirin əhəmiyyətini qeyd edib.

Qeyd olunub ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ilində “SABAH” qruplarında 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.

Diqqətə çatdırılıb ki, “SABAH” innovasiya forumu” “SABAH” Karyera Akademiyası çərçivəsində reallaşdırılır.

“SABAH” Karyera Akademiyası proqramı ilk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin (işə qəbul, magistratura, startap və elmi araşdırma) müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Forumda ayrı-ayrı müəssisə və şirkətlərin nümayəndələri sahibkarlıq və digər məsələlərlə bağlı fikirlərini bildirib, təcrübələrini bölüşüblər.

Sonra “SABAH” startap komandaları layihələrini təqdim ediblər. Qalib komanda mükafatlandırılıb.

 Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında