Turizm sənayesində təmsilçilik hüququ qazanan təşkilatlarla əlaqələr möhkəmləndirilir

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsil – tədris – təcrübə – təlim modelinə müvafiq olaraq beynəlxalq əlaqələrin genişlənməsində hər zaman  maraqlıdır və bu əlaqələrin yaranmasına diqqət göstərir.

Universitetin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, ötən ilin son günlərindən ali təhsil müəssisəsi ilə Asiya--Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar müsbət nəticələnib. Belə ki, Azərbaycan Turizm və Menecment Universiteti adıçəkilən assosiasiyaya üzv qəbul edilib.

Qeyd edək ki, 1951- ci ildən fəaliyyət göstərən, qeyri-kommersiya təşkilatı olan PATA-nın mərkəzi ofisi Tailand Krallığının  paytaxtı Banqkok şəhərindədir. Verilən məlumata görə, həmin təşkilatın 800-dən çox üzvü sırasında dünya turizm sənayesində layiqli yer tutan onlarla turizm təşkilatı, o cümlədən  dövlət qurumları, universitetlər, aviaşirkətlər, hava limanları və turizm agentlikləri var. “Asiya– Sakit Okean Turizm Assosiasiyası”nın (PATA) başlıca məqsədi turizm sənayesində təmsilçilik hüququ qazanan təşkilatlarla mövcud  əlaqələrin daha da möhkəmləndirilməsi, insan kapitalından düzgün istifadə strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, dinamik inkişaf edən turizm sektorunda gənclərin, xüsusən tələbələrin  aktiv iştirakının təmin edilməsindən ibarətdir.

Azərbaycan Turizm və Menecment Universitetinin daha bir nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilməsi belə deməyə imkan verir və inam yaradır ki, bu üzvlük universitetin turizm təhsili arenasında daha da tanınmasına, tələbələrin yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının getdikcə genişlənməsinə, bir sözlə, təhsilin beynəlxalq əlaqələr müstəvisində təşkilinə zəmin yaradacaq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında