Lester Universitetinin prezidenti Paul Boyle: Universitetimiz beynəlxalq aləmdə nüfuzu artan UNEC-lə əməkdaşlıqda maraqlıdır

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub.

Universitetin prezidenti, professor Paul Boyle, strateji əməkdaşlıq üzrə direktor Maykl Qrin və Bakı regional menecerləri UNEC-də tətbiq olunan yeniliklərlə tanış olub, Maliyyə və İnnovativ bankçılıq laboratoriyalarına baxış keçiriblər. Nümayəndə heyətinə Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda “Elektron Universitet” modeli və UNEC müəllimlərinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə tətbiq edilən differensial əməkhaqqı sistemi barədə təqdimat nümayiş etdirilib. Bildirilib ki, oxşar modeli Qərb universitetlərinin əksəriyyətində tətbiq edilən sistem universitet əməkdaşları arasında işgüzar rəqabətəqabilliyi artırmaqla onların ümumi inkişaf fəaliyyətlərinə öz bəhrəsini verməkdədir. Xarici qonaqlar universitetdə mərkəzləşdirilmiş qaydada aparılan test imtahan sistemi ilə də maraqlanıblar.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinin və regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olmasının universitetlər arasındakı əməkdaşlıqda mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, hər iki ali təhsil müəssisəsinin hədəfləri və potensialı üst-üstə düşür. Prezident Paul Boyle innovativ ideyalar əsasında fəaliyyət göstərən UNEC-lə dərin və uzunmüddətli strateji tərəfdaş olmaqda maraqlı olduqlarını ifadə edib.

Görüş zamanı UNEC-lə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi müzakirə edilib.

Radio UNEC-in qonağı olan professor Paul Boyle universitet haqqında təəssüratlarını bölüşüb.

Qeyd edək ki, UNEC-in 3 tələbəsi Erasmus+ proqramı çərçivəsində təhsillərini Lester Universitetində davam etdirirlər.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında