“ADA” Universitetinin Biznes Məktəbində 70 nəfər yerli və xarici gənc məzun olub

Yanvarın 28-də “ADA” Universitetinin Biznes Məktəbinin ikinci buraxılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin MBA və Executive MBA ixtisasları üzrə 70 nəfər yerli və xarici gənc məzun olub.

Tədbirdə çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rəhbərlik etdiyi ali məktəbin nailiyyətlərindən bəhs edən rektor bildirib ki, “ADA” Universitetində nəzəriyyə və təcrübəni bir araya gətirən karyerayönümlü müasir akademik proqramlar təcrübəli müəllimlər tərəfindən tədris olunur. Tədris proqramlarının  beynəlxalq standartlara uyğun olduğunu bildirən  H.Paşayev qeyd edib ki,  bu təhsil ocağının məzunları ölkənin bütün sahələrdə inkişafına töhfələrini verəcəklər.

Tədbirdə çıxış edən maliyyə nazirinin müavini, professor Emin Hüseynov “ADA” Universitetinin elmin, təhsilin inkişafındakı rolunu yüksək dəyərləndirib. Ölkəmizdə təhsil sisteminin inkişafına xüsusi diqqət yetirildiyini deyən E.Hüseynov “ADA” Universitetinin Azərbaycan təhsilinə bundan sonra da böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Ölkədə iqtisadiyyatın və qeyri-neft sektorunun davamlı inkişaf etdiyini vurğulayan professor bu baxımdan Biznes Məktəbinin fəaliyyətinin böyük əhəmiyyət daşıdığını söyləyib. 

Tədbirdə  Biznes Məktəbinin dekanı, professor Necdet Delener, Niderlandın Maastrixt  Menecment Məktəbi dekanının müavini Katalin  Kovaks və başqaları “ADA”  Universitetinin biznes təhsili sahəsindəki fəaliyyətini yüksək dəyərləndiriblər. 

Qeyd olunub ki, Biznes Məktəbində tədris olunan Executive MBA magistr proqramı “ADA” Universiteti ilə Maastrixt Menecment  Məktəbi tərəfindən birgə təsis edilib. Məzunlar həm “ADA” Universitetinin, həm də Maastrixt Menecment Məktəbinin diplomlarını alırlar. Beynəlxalq standartlara uyğun, müasir bilik və bacarıqlar verən bu tədris proqramı üzrə təhsil haqqının bir hissəsi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət ­Proqramı çərçivəsində müəyyənləşdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında