UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”

UNEC-də elmi seminar keçirilib. Seminar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda elm şöbəsinin müdiri, professor Zahid Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım olub. Ötən bir ildə qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir. 2016-cı ildə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atıldığını vurğulayan Z.Məmmədov ölkə başçısının imzaladığı qərar, qanun və sərəncamları diqqətə çatdırıb. İqtisadi islahatların daha da dərinləşərək qeyri-neft sektorunun hesabına inkişaf edəcəyini bildirib.

Tədbirdə UNEC-in professorları müzakirə olunan məsələlərin müxtəlif aspektləri ilə əlaqədar çıxış ediblər. Ölkə iqtisadiyyatının mövcud durumu və meyilləri haqqında danışaraq, təkliflərini səsləndiriblər. Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil olan valyuta axını azalıb. İl ərzində Azərbaycan manatının məzənnəsinin düşməsi meyilləri davam edib. Problemi həll etmək məqsədilə həm maliyyə mexanizmlərindən, həm də beynəlxalq təcrübədən istifadənin zəruriliyi qeyd olunub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu yolla ixrac potensialının yüksəldilməsi üçün ölkədə yüksək rəqabətqabiliyyətli regional klasterlərin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması və bu yolla ölkə iqtisadiyyatının qlobal təkrar istehsal zəncirlərinə qoşulmasının təmin edilməsi təklif olunub.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında