Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin layihələri barədə məlumatlandırılıblar

Bakı Ali Neft Məktəbində (BANM) cari il üçün BP şirkəti tərəfindən silsilə təqdimatların keçirilməsi nəzərdə tutulub. Bu silsilədən “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda ilk məruzə dinlənilib.

BANM-nin ictimaiyyətlə əlaqələr xidmətindən bildirildiyinə görə, Azərbaycanda BP-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov tərəfindən keçirilən təqdimat bu ali məktəbin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

E.Məmmədov təmsil etdiyi qurum tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyədə həyat keçirilən genişmiqyaslı və dünya səviyyəli layihələr haqqında ətraflı məlumat verib. O, son 20 ildə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında neftin və qazın hasilatı, nəqli üzrə reallaşdırılmış layihələrin nəticələrini tələbələrin diqqətinə çatdırıb.

BP-nin vitse-prezidenti, həmçinin TAP və TANAP layihələrinin Azərbaycan qazının Avropa bazarına çıxarılması baxımından əhəmiyyətini vurğulayıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında