UNEC-in Zaqatala filialında imtahan sessiyası

Təhsil naziri Mikayıl Cabbarovun və UNEC-in rektoru, professor Ədalət Muradovun “Payız imtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq UNEC-in Zaqatala filialında 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi təşkil olunmuşdur. İmtahan sessiyası UNEC rektorunun yaratdığı kommissiyanın iştirakı ilə həyata keçirilir.İmtahanlar tədris qrafikinə uyğun olaraq filial direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir. İmtahan sessiyasında 4 ixtisas üzrə 113 tələbənin imtahanda iştirakı nəzərdə tutulmuşdur.

Sessiyada şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılır. Yoxlanılmış imtahanların qiymətləri həmin gün tələbələrə elan olunur. Günün sonuna qədər bütün imtahanların nəticəsi elanlar lövhəsində yerləşdirilir. Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialda Münaqişə Komissiyası fəaliyyət göstərir. Filialda imtahanların şəffaf, obyektiv təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə İmtahan qərargahı yaradılmışdır. Qərargaha daxil olan hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında