LDU-da elmi konfrans

Lənkəran Dövlət Universitetində “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Açılışdan əvvəl konfrans iştirakçıları Lənkəran şəhərinin Heydər Əliyev Xatirə parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində konfrans öz işinə başlayıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun əsas məruzəsi dinlənilib. Bununla yanaşı, Bakı Dövlət Universitetinin professoru Yusif Qasımov “Ali təhsildə keyfiyyətin təminatında elmi tədqiqatların rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzələr ətrafında müzakirələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov, Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi Yədulla Ağazadə çıxış edərək təhsildə keyfiyyət təminatının elmi-metodik əsasları, yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıblar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev şəhər rəhbərliyinin salamlarını iştirakçılara çatdırıb, onlara elmin, təhsilin inkişafında yeni uğurlar arzulayıb.

Konfrans iki gün ərzində 8 bölmədə davam etdirilib və müxtəlif mövzularda 280-dən çox məruzə dinlənilib. Yekunda iştirakçılara sertifikatlar verilib, tezis və məruzələrin nəşri qərara alınıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında