UNEC və ATU birgə kadr hazırlığına başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) qida məhsulları mühəndisliyi, marketinq və menecment ixtisasları üzrə mütəxəssis hazırlığını birgə aparacaqlar.

UNEC-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə bu məsələ öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı UNEC-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin UNEC-də, UNEC tələbələrinin ATU-da bir semestr ərzində təhsil almaları qeyd edilib. UNEC-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.

Elnarə ÖMƏROVA

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında