“Gəz, Gör, Tanı, Paylaş”

UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. UNEC-də təhsil alan Almaniya, Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İran, Küveyt, Çin, Nigeriya, Əfqanıstan, BƏƏ və digər ölkələrdən olan tələbələrin də iştirak etdiyi səfər “Gəz, Gör, Tanı, Paylaş” devizi altında keçirilib.

Səfərin məqsədi UNEC-in əcnəbi tələbələrini ermənilərin 1918-ci ildə Qubada törətdikləri qırğınların əyani nişanəsi olan soyqırımı  məzarlığı ilə tanış etmək olub. Əcnəbi tələbələrə dinc Quba sakinlərinin erməni daşnakları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verilib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdikləri qırğının nişanələrindən heyrətə gəldiklərini bildiriblər.

Tələbələr Quba Soyqırımı Memorial Kompleksinin ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olublar.

Əcnəbi tələbələr kütləvi məzarlıqdan çəkdikləri şəkilləri sosial şəbəkələrdə  #GraveyardofGenocide #SoykirimMezarligi kimi açar sözlər vasitəsilə yayımlayaraq, erməni vəhşilikləri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşıblar. Onlar burada gördüklərinin insanlığa qarşı qəddar cinayət olduğunu xüsusi vurğulayıblar.

Səfər zamanı tələbələr Quba rayonunun tarixi, mədəni, eləcə də turizm imkanları ilə də tanış olublar.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında