“Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər”

Bakı Ali Neft Məktəbində (BANM) “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru Rauf Qardaşov “Günəş radiasiya modeli və onun tətbiqi” adlı məruzə ilə çıxış edib. Sonra məruzədə səsləndirilən  problemlərlə bağlı  fikir mübadiləsi aparılıb.

Konfransda BANM-ın enerji təhlükəsizliyi, günəş və geotermal enerji istifadəsinin təsirliyi üzrə aparıcı mütəxəssislər, elmi işçilər, ekspertlər, o cümlədən, ali məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, ömürboyu təhsil və mühəndislik fakültələrinin  dekanları Rəna Mustafayeva, Zəfər Qurbanov, neft-qaz mühəndisliyi kafedrasının professorları Siyavuş Azakov, Arif Məmmədzadə, Fuad Vəliyev, Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Mərkəzinin müdiri Sənan Eminov iştirak ediblər. 

“Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” mövzusunda konfransın əsas məqsədi bərpaolunan enerji mənbələri sahəsində çalışan mütəxəssislərlə BANM-ın Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Mərkəzinin birgə əməkdaşlığı ilə məlumat mübadiləsinin təmin edilməsidır.

Konfransda, əsasən, bərpaolunan enerji mənbələrin istifadəsinin nizamlanması ilə bağlı qanunvericilik, münasib texnologiyalar və bu sahədə dünya təcrübəsi, elmi vəsaitlərin hazırlanması, bərpaolunan enerji mənbələrin istifadəsi ilə bağlı proqram həllərin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında