Bakı Ali Neft Məktəbində ilk dərs ümummilli lider Heydər Əliyevə həsr olunub

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin (BANM) bütün tədris auditoriyalarında ilk dərs ulu öndərə həsr olunub.

BANM-dən bildirildiyinə görə, dərslərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə tələbələrə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanın tarixi şəxsiyyətləri sırasında xalqın ümummilli lideri adını qazanan görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri var. Müdrik rəhbər Heydər Əliyev nadir, unikal, seçilən siyasətçi kimi dünya siyasətinə təsir etmək gücündə olan lider idi. O, böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyən nadir siyasətçi kimi tanınıb.

Sonra BANM-in kollektivi ulu öndərin ali məktəbdəki büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında