Bakı Ali Neft Məktəbində “Erasmus+” proqramı ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağının və Azərbaycanda Milli “Erasmus+” ofisinin birgə təşkilatçılığı ilə “Erasmus+” proqramı barədə ali təhsil müəssisələrimiz üçün ilk dəfə məlumatlandırma tədbiri keçirilib.

BANM-in mətbuat xidmətindən bildirildiyinə görə, bu ali məktəbin rektoru Elmar Qasımov tədbirin Azərbaycanda ali təhsilin gələcək inkişafı, ali təhsil müəssisələrimizin Avropa İttifaqı (Aİ) ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. “Erasmus+” və Aİ tərəfindən dəstəklənən digər təhsil proqramlarının imkanlarından səmərəli istifadənin zəruriliyindən danışan E.Qasımov qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən etibarən “TACİS/TEMPUS” kimi layihələr də daxil olmaqla, həmin proqramlarda iştirak edir. Rektor cari il “Erasmus+” proqramı çərçivəsində BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında imzalanan müqavilənin əhəmiyyətini qeyd edib.

Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems təmsil etdiyi qurumun ölkəmizdə təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Aİ Azərbaycanın Təhsil Nazirliyi, eləcə də ali təhsil müəssisələri ilə birgə tədbirlər həyata keçirməklə onların Avropa təhsil sisteminə inteqrasiya olunmasına kömək göstərir. O, eyni zamanda,  təmsil etdiyi qurumun peşəkar təhsil üzrə qrantların və digər yatırımların ayrılması vasitəsilə müvafiq islahatların uğurla həyata keçirilməsində kömək göstərmək niyyətində olduğunu bildirib.  

Sonra Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov, Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Batist Minyö, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Aİ-nin ölkəmizdəki nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfüqarlı çıxış ediblər.

Daha sonra hesabatlar dinlənilib. P. Bağırov rəhbərlik ­etdiyi qurumun fəaliyyəti, “Erasmus+”un  əsas istiqamətlərindən biri olan  “CBHE” proqramı çərçivəsində həyata keçirilən layihələrin müsabiqəsinə aid üçüncü tur barədə məlumat verib.

Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, eləcə də digər çıxış edənlər ölkəmizdə Aİ tərəfindən ayrılan qrantlar üzrə layihələrdən, “Horizon 2020” və əməkdaşlığın inkişafı istiqamətində proqramın imkanlarından, Azərbaycanın Erasmus Tələbə Şəbəkəsinin fəaliyyətindən, ali təhsil müəssisələrimizin müvafiq proqramlarda iştirakından söz açıblar. Natiqlər, həmçinin “Erasmus+”un Azərbaycanda həyata keçirilməsi üçün Təhsil Nazirliyinin lazımi dəstək göstərdiyini də xatırladıblar.   

Vaqif BAYRAMOV,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında