UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.

UNEC-in rektoru, professor Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş  və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin  təşkili, elmi məqalələrin yazılması, eyni zamanda, video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib.

Sonda UNEC-in nümayəndə heyəti İllinoys Universitetinə dəvət edilib.

Görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. “Times Higher Education World University Rankings”in son hesabatına görə, Çikaqo ştatında yerləşən UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında