Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının beş ili tamam olur

BANM-dən bildirildiyinə görə, bu ali təhsil ocağı Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Ali məktəbin yaradılmasında əsas məqsəd ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində BANM-in 11, 2013/2014-cü ildə 15, 2014/2015-ci ildə 16, 2015/2016-cı ildə isə 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbul imtahanında BANM üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu, respublika üzrə ən yüksək nəticədir. Birinci qrup üzrə keçirilmiş imtahanlarda 700 bal toplayan yeddi tələbədən üçü BANM-i seçib.

2016/2017-ci tədris ilində ali məktəblərə birinci ixtisas qrupu üzrə keçirilən qəbulda respublikada ən yüksək nəticə göstərən - 700 bal toplayan iki tələbə BANM-ə qəbul olunub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-ci tədris ilində ümumi orta bal 667, maksimal bal isə 700 olub. Yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində İSO beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olan yeganə ali təhsil ocağıdır. Bu ali məktəb ISO 9001 - keyfiyyət idarəetmə sistemi, ISO 14001- ekologiya idarəetmə sistemləri və OHSAS 18001- əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

BANM-in beşillik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilisdilli mütəxəssislərin hazırlanmasında tətbiq olunan müasir proqramlar,   mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkili ali təhsil ocağına böyük uğur qazandırıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında