ATMU-da “Tələbə kredit işçisi” layihəsi çərçivəsində təlimlərə start verilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)  iqtisadiyyat  kafedrasının, “RSH Consulting Company” və “MirAN Group”un təşkilatçılığı ilə “Tələbə kredit işçisi” adlı müştərək layihənin icrasına start verilib. ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov “Tələbə kredit işçisi” layihəsinin məhz Azərbaycan Turizm və Menecment Universitetində təlim-təcrübə proqramı çərçivəsində həyata keçirilməsinin faydalı olacağını bildirib.

E.Aslanov diqqətə çatdırıb ki, adından da göründüyü kimi, layihənin başlıca məqsədi ATMU-da iqtisadiyyat, həmçinin maliyyə sahəsi üzrə təhsil alan tələbələrin uğurlu karyera qurmalarına, o cümlədən  işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə mütəxəssis səviyyəsində dəstək olmaqdır. Noyabrın 23-dən dekabrın 10-a, müvafiq olaraq dekabrın 12-dən 2017-ci il yanvarın 12-nə qədər davam edəcək təlim-təcrübə proqramının yekun mərhələsində test imtahanında yüksək nəticə göstərən tələbələrdən 5 nəfərin BOKT-da (Bank Olmayan Kredit Təşkilatı) kredit sahəsi üzrə 1 aylıq  təcrübəyə göndərilməsi nəzərdə tutulub. “Tələbə kredit işçisi” layihəsinin şərtlərinə görə məhz bank sistemində karyera qurmaq istəyən tələbələr həm bank sistemi, həm də  kredit sahəsi istiqamətində nəzəri və təcrübi biliklər əldə edəcəklər.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Turizm və Menecment Universtetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təlim-təcrübə müddətində  bank qanunvericiliyi və sistemi, kreditin ümumi prinsipləri, təhlil edilməsi, kredit komitəsinə mükəmməl göstəricilərin çatdırılması, həmçinin yekun nəticənin qiymətləndirilməsi, müştərinin ödəniş qabiliyyətinin dəqiqləşdirilməsi, kredit faizlərinin hesablanması qaydaları, idarə olunması, rəsmiləşdirilməsi, borcalanın borc yükünün müəyyən olunması və s. haqqında praktik  məlumatlardan xəbərdar olacaqlar.

Şübhəsiz, qazanılacaq nəzəri və praktiki vərdişlər gələcəkdə bank sistemində çalışmaq istəyən ixtisaslı kadrlar üçün uğur qazanmanın açarı ola bilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında