Yunanıstan səfiri Slavyan Universitetində olmuşdur

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Bakı Slavyan Universitetinin (BSU) qonağı olmuşdur. Bu barədə universitetin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda bildirilir ki, səfiri universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş və Yunanıstanın diplomatik korpusu tərəfindən BSU-ya göstərələn mütəmadi qayğıya görə minnətdarlığını bildirmişdir. N.Əliyeva Azərbaycanda yunan mədəniyyətinə, ədəbiyyatına, fəlsəfəsinə, tarixinə, mifologiyasına bütün zamanlarda böyük  maraq olduğunu, BSU-da  Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsinin də bu ənənəvi maraq və sevgi ilə bağlı olduğunu səfirin diqqətinə çatdırmışdır.  Rektor 44 tələbənin yunan dili və ədəbiyyatını öyrəndiyini vurğulamış və ölkələrimiz arasında çox səmimi münasibətlərin hökm sürdüyünü qeyd etmişdir.

Rektor, həmçinin Yunanıstan Respublikasının sabiq prezidenti Konstantinos Stefanopulosun vəfatı ilə əlaqədar səfirə başsağlığı vermişdir. N.Əliyeva BSU-nun Yunanıstan səfirliyi ilə münasibətlərinin bundan sonra daha da dərinləşəcəyini qeyd edərək demişdir: “Dekabrın 16-da BSU 70 illik yubileyini qeyd edəcək və sizi  bu möhtəşəm tədbirimizdə iştiraka dəvət edirəm. Həmin tədbirdə gənclərimiz yunan mədəniyyətini də təbliğ edəcəklər”.

Səfir Dimitrios Tsounqas öz növbəsində səmimi qarşılanmaya görə BSU rektoruna dərin minnətdarlığını bildirərək, universitetlə əlaqələrinin qısa tarixinə ekskurs etmişdir. O, Bakıda olduğu 4 il ərzində təxminən 15 dəfə bu universitetə gəldiyini, səfirliyin yunan dilini öyrənən tələbələrlə səmimi münasibətlər qurduğunu vurğulamışdır. “Mən burada özümü  doğma evimdəki kimi hiss edirəm. Universitetdə ciddi dəyişikliklər olsa da, ənənəvi dostluğumuzda və münasibətlərimizdə  heç bir dəyişiklik olmayacaq. Əksinə, ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək”.  

Dimitrios Tsounqas sonra rektorluğa qədim və müasir Yunanıstan tarixinin və mədəniyyətinin əks olunduğu  nəfis “Yunanıstan”  kitabını hədiyyə etmişdir.

Sonra qonaq və universitet rəhbərliyi  Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə  görüşmüşlər. 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında