“Müasir dövrdə effektiv idarəetmənin problemləri”

Respublikamızda təşəkkül tapmaqda olan bazar iqtisadiyyatı şəraitində idarəetmə elminin müasir problemlərinin tədqiqatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də istənilən sahədə idarəetmə  prosesinin səmərəli təşkili üçün, ilk növbədə, onun praktik əsaslarının düzgün müəyyənləşdirilməsi zəruridir.

Azərbaycan Respublikasında müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin ”Doktorantura və əlavə təhsil” şöbəsinin təşkilatçılığı ilə keçirilən, “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların ikinci respublika elmi-nəzəri konfransında idarəetmənin təkmilləşdirilməsi məsələləri müzakirə edildi. ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov iştirakçıları salamladıqdan sonra bildirdi ki, ”dövlətin və bələdiyyənin idarə edilməsi”, “sosial-iqtisadi sahələrin idarəedilməsi”, ”təhsil və mədəniyyətin idarə edilməsi”, ”biznes idarəçiliyi”, ”investisiya menecmenti”, ”idarəetmədə hüquq problemləri”, ”idarəetmədə multikultural dəyərlər” bölmələrində ümumilikdə konfransın gündəliyinə daxil edilən  30 məruzə dinləniləcək. Konfransın əsas məqsədi Azərbaycanda mövcud idarəetmə problemlərinin aşkar edilməsi, müxtəlif sahələrdə qarşıya çıxan mühüm məsələləri təhlil müstəvisində qiymətləndirməklə effektiv həll variantının təcrübədə uğurlu tətbiqindən ibarətdir. Rektor əvəzi idarəetmənin çoxcəhətli bir prosesi əhatə etdiyini, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəli olduğunu dedi.

ATMU-nun doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsirullah Nəsirli çıxışında bazar iqtisadiyyatında planlı təsərrüfata nəzərən idarəetmə qərarlarını qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıqlar tələb olunduğunu qeyd etdi. Vurğuladı ki, belə tələb strateji qərarlar hazırlayan mütəxəssislərə qarşı daha yüksək olur. Bazarın  tələblərinə cavab verən, istehlakçıları özünə cəlb edən, yeni sosial-iqtisadi xüsusiyyətlərə malik orijinal məhsul və xidmət istehsalı səmərəli strategiyanın  işlədilməsi və tətbiqini  tələb edir ki, bu da idarəçinin, rəhbərliyin funksiyasına daxildir. O diqqətə çatdırdı ki, bu keyfiyyətlər də yalnız o idarəçilərdə olur ki, onlar idarəetmənin metod və funksiyalarına, onun iqtisadi mexanizminə, yeniliklər barədə zəruri biliklərə malik olsunlar, əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər. Çıxışının sonunda bu baxımdan universitetdə təşkil olunan növbəti  tədbirin konkret istiqamətdə faydalı olacağına inandığını bildirdi.

Konfransda  Azərbaycan Turizm və Menecment Universitetinin  ictimai fənlər kafedrasının dosenti Minaxanım Əsədova “Azərbaycan muzeylərində idarəetmənin  aktual problemləri”, Bakı Dövlət Universitetinin magistrı Firuzə Əsgərova “Ana dilimizi yaşadan və inkişaf etdirən dövlət xadimimiz”, Azərbaycan Turizm və Menecment Universitetinin dillər kafedrasının müdiri Kəmalə Kərimova “Upravleniya kaçestvom obrazovaniya v Azerbaydjane çerez kulturu liçnosti spesialista v oblasti turizma”, Azərbaycan Texniki Universitetinin magistri Samir Şahbazlı “Sənaye müəssisələrində innovasiya fəaliyyətinin idarə edilməsi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantı Vəfa Həbibullayeva “Təhsilin idarə edilməsinin təşkili”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, dissertant Zeynəb Qiyasova “Təhsil və mədəniyyətin idarə edilməsi”, Azərbaycan Turizm və Menecment Universitetinin doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsirullah Nəsirli “Ali təhsil idarəçiliyi-müasir texnologiyalar”, Azərbaycan Dövlət İqtisad Universitetinin tədris-metodiki mərkəzinin direktor müavini Oruc Məmmədov “Dövlət orqanlarında multikulturalizm və tolerantlıq prinsiplərinin həyata keçirilməsinin hüquqi təminatları”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı Zaur Bağırov “Politiçeskaya korporasiya kak forma sovremennoy qosudarstvennosti” mövzularında məruzələr etdilər.

Konfransda təqdim edilən məruzələr maraqla qarşılandı və iştirakçıların geniş müzakirələri ilə başa çatdı.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında