Bakı Ali Neft Məktəbi “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi (BANM) ilə İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

BANM-dən aldığımız məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rektor Elmar Qasımov rəhbərlik etdiyi qurumla “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu arasında əldə olunan razılaşmanın bu ali təhsil müəssisəsinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədi daşıdığını xatırladıb. Rektor bildirib ki, bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar. E. Qasımov şirkətin dəstəyi ilə BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.

“Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupunun birinci vitse-prezidenti Gianni Bardazzi və “Maire Tecnimont Groupe”un podratçısı “Kinetic Technology International” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern təmsil etdikləri şirkət haqqında geniş təqdimatla çıxış edib, şirkətin müvafiq sahələrdə BANM ilə əməkdaşıq imkanlarından danışıblar.

Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Qeyd edək ki, İtaliyanın “Maire Tecnimont S.p.A” (Mare Teknimont) şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdəndir. Şirkətlər qrupu Azərbaycanda “Kinetic Technology International” şirkəti vasitəsilə fəaliyyət göstərir. Bu şirkət mühəndislik, təchizat, tikinti xidmətləri göstərir və əsasən karbohidrogenlərin emalı sənayesi üzrə ixtisaslaşıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında