Mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlıq

Son illər mədəni irsin  qorunmasına  xüsusi  diqqət yetirilir. Mədəniyyət  və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında Moskva şəhərində imzalanmış əməkdaşlıq haqqında memorandum da bu məqsədə xidmət edir.

Rusiya institutunun rəhbərliyi ilə aparılmış danışıqlar zamanı mərkəzin direktoru Asif Usubəliyev iki ölkə arasında mədəni əlaqələrin davamlılığını qeyd edərək bu əlaqələrin daha da dərinləşdirilməsində elmi dairələrin rolunu vurğulamışdır.

MDB məkanında elmi dairələrdə böyük nüfuza malik olan sözügedən institut, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən aparılmış islahatlar nəticəsində ölkənin bir sıra tədqiqat mərkəzləri bu təhsil müəssisəsinə birləşdirilmişdir.

Mədəniyyət, kulturologiya, mədəniyyət tarixi, irs, fəlsəfə və digər humanitar elmlər üzrə ixtisaslaşmış alimləri özündə birləşdirən institut, eyni zamanda, beynəlxalq layihələrin təşəbbüskarı və icraçısıdır. Birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması və qarşılıqlı informasiya dəstəyinin göstərilməsi kimi məsələləri özündə əks etdirən memorandumda  qlobal internet şəbəkəsində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi öz əksini tapmışdır.

Söz yox ki, memorandum, eyni zamanda, mədəniyyət sahəsində aparılan informasiya müharibəsinə də öz töhfəsini verəcəkdir. İmzalanmış memorandum çərçivəsində görüləcək ilk birgə layihə “Müasir cəmiyyətdə gənclərin mədəni tələbatları” adlı tədqiqat və “dəyirmi masa”dan ibarət olacaqdır.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında