İlk peşə-ixtisas təhsili üzrə yeni layihənin icrasına başlanılıb

Oktyabrın 4-də 5 nömrəli Bakı Peşə Liseyində turizm-xidmət sahəsi üzrə yeni layihənin icrasına başlanılması ilə bağlı təqdimat mərasimi təşkil olunub. Layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”  və Bakı şəhərindəki bir neçə 5 ulduzlu mehmanxana ilə birlikdə həyata keçirilir.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, “British Council”un ölkə üzrə direktoru Elizabet Vayt, “Absheron Hotel Group”un  icraçı direktoru Mark Ehler və layihənin tərəfdaş şirkətlərinin nümayəndələri iştirak ediblər.

Dövlət-biznes tərəfdaşlığına əsaslanan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi müəllimlərin potensialının artırılması, üç ixtisas (aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi) üzrə milli peşə standartları, kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və şagirdlər üçün iş yerində təcrübə proqramının həyata keçirilməsidir.

Ötən tədris ilində həyata keçirilən layihə çərçivəsində Bakıda işəgötürənlər ilk peşə-ixtisas təhsili müəssisələrində əmək bazarındakı ehtiyacların öyrənilməsinə, şagirdlərin müsabiqədən keçirilməsinə və tədris proqramlarının hazırlanmasına cəlb olunublar. 

Bu layihə çərçivəsində otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı keçirilib, müvafiq materiallar hazırlanıb. Cari tədris ilindən layihəyə uyğun olaraq təhsil müddəti bir il olan qruplarda adıçəkilən ixtisaslar üzrə kadr hazırlığına başlanılır və gələcəkdə həmin modelin digər müəssisələrdə də tətbiq olunması nəzərdə tutulur.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında