Azərbaycan gəncləri Rusiyanın Teatr İnstitutunda təhsil alacaqlar

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil alacaq. Bu barədə  nazirliyin rəsmi saytı məlumat yayıb.

İnstitutun Moskvanın mərkəzi Köhnə Arbat küçəsində yerləşən binasında azərbaycanlı gənclərə tələbə biletlərinin təntənəli təqdimat mərasimi keçirilib.

Tədbirdə nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov  bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq institutun tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə əsasında seçilən gənclər Moskvada "Teatr və kino dram aktyoru" və "Teatr rejissoru" ixtisasları üzrə 5 il müddətində təhsil alacaqlar.

Azərbaycanlı gənclərin kurs rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, professor Mixail Borisov bu layihəsini artıq uzun illərdir müstəqil inkişaf edən Rusiya və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi prosesinin təməli kimi qiymətləndirib. M.Borisov Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin çoxillik tarixindən danışaraq səhnələşdirdiyi "Arşın mal alan" tamaşasının Bakıda uğurlu nümayişini də xatırlayıb.

M. MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında