Antikorrupsiya Yay Məktəbinin açılışı olub

Avqustun 26-da Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) Antikorrupsiya Yay Məktəbinin açılışı olub. Açılış mərasimində çıxış edən AZAKA-nın keçid qrupunun üzvü,
Milli Məclisin deputatı Vüsal Hüseynov
akademiyanın bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini deyib.

Vüsal Hüseynov bildirib ki, həmin fəaliyyət istiqamətlərindən biri də antikorrupsiya sahəsinə maraq göstərən şəxslər üçün yay məktəbi formatında olan məktəblər olacaq. Burada korrupsiya ilə mübarizə metodları, təcrübələr bölüşüləcək, müzakirələr aparılacaq. Bu baxımdan bu, akademiyanın ilk yay məktəbidir. Bu məktəbə kifayət qədər böyük maraq var. Artıq yay məktəbində 35 iştirakçı müsabiqə əsasından seçilib. Bunlar respublikanın müxtəlif bölgələrindən olan gənclərdir. Bu, gəncləri daha düzgün təşkilatlanmağa, bu sahədə müəyyən biliklərin qazanılmasına şərait yaradacaq.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının bu təşəbbüsünün heç də təsadüfi olmadığını deyib. Bildirib ki, korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Prezident İlham Əliyev bu problemə qarşı kifayət qədər təsirli addımlar atıb. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilməlidir. Bu baxımdan Antikorrupsiya Akademiyasının Yay Məktəbini keçirməsi çox əhəmiyyətlidir.    Digər çıxışçılar yay məktəbinin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər. Sonra yay məktəbi panel iclasları ilə davam edib.

Yay məktəbi avqustun 28-də başa çatacaq.

Anar TURAN,
  "Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında