Böyük Britaniya şirkəti Bakı Ali Neft Məktəbində təlim mərkəzi yaradacaq

Böyük Britaniyanın "ABB Ltd" şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard və şirkətin Azərbaycandakı nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən bildiriblər ki, qonaqlarla keçirilən görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddətdə əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldıqlarını qeyd edən rektor 2016/2017-ci tədris ili üçün keçirilən I ixtisas qrupları üzrə qəbul imtahanında üç 700 bal toplayan abituriyentin bu ali məktəbi seçdiyini deyib.

E.Qasımov BANM-ın yeni kampusunda aparılan tamamlama işləri haqqında da məlumat verib. Diqqətə çatdırıb ki, kampusda yaradılan, "ABB Ltd" şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan təlim mərkəzi kampusun açılışınadək istifadəyə veriləcək.

Təmsil etdiyi şirkətlə BANM arasında əməkdaşlıqdan məmnunluğunu bildirən V.Leonard bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, BANM-ın kampusunda yaradılacaq təlim mərkəzində "ABB Ltd" şirkətinə məxsus texnologiyaların tətbiqi əsasında tələbələr və müəllimlər üçün təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanı yaranacaq.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.

 

V. BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında