Macarıstan ali məktəblərində 182 azərbaycanlı tələbə təhsil alacaq

Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ilində təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.

 “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində kompüter elmləri, iqtisadiyyat, kənd təsərrüfatı, biznesin idarəolunması, turizm, mühəndislik, kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 104 nəfər magistratura, 71 nəfər bakalavriat, 6 nəfər doktorantura və 1 nəfər isə baza ali tibb təhsili üzrə Macarıstana göndərilir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında