Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib

Avqustun 6-da “Ələddin” layihəsi, Avropa Komissiyası və UNESCO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin bağlanış  mərasimi keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru  Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və  KİV nümayəndələri iştirak ediblər. Ceyhun Bayramov bildirib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən Beynəlxalq yay universitetinə iyulun 25-dən start verilib. Beynəlxalq yay universitetində müxtəlif ölkələrin nüfuzlu alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılıb.

 Layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir. 

“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayıb.

Tədbirdə çıxış edən tələbələr Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını söyləyib, iki həftə müddətində  sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən  təlimlərin keçirilməsini cəmiyyətin inkişafına təkan verən amil kimi qiymətləndiriblər.

Tədbirdə Beynəlxalq yay universitetindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçirilən Beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edib. Beynəlxalq yay universiteti Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunub.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında