UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi (RİM) yaradılıb. Bundan sonra UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alacaqlar.

Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda, rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi nəzərdə tutulur.

RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyəcəklər. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu koprorativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulub.

Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalı olacaq. Bu da yüksək keyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi türk dünyası işlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olacaq. Bu da təhsildə yüksək keyfiyyəti təmin etməklə yanaşı, tələbələri razı salacaq, eyni zamanda, onların daha çox sosiallaşmasına zəmin yaradacaq.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında