“Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub

İyunun 30-da Təhsil Nazirliyində “Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, mərasim iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov “Maarifçi” Tələbə Kredit Fondunun əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir qeyd edib ki, nazirliyin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Layihənin bir sıra ali təhsil  müəssisələrinin iştirakı ilə həyata keçirildiyini deyən nazir təhsil kreditlərinin tətbiq edilməsi ilə tələbələrin təhsil haqqını ödəmək baxımından yaranan çətinliklərinin aradan qalxacağını vurğulayıb.

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, fondun I sessiyası artıq başa çatıb. Bu prosesin iyunun 3-dən iyunun 25-dək davam etdiyini deyən R.Mahmud qeyd edib ki, bu müddət ərzində fonda tələbələr və valideynlərdən 300-dən artıq müraciət daxil olub. Fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Fondun meyarlarına cavab verən 22 nəfərlə müqavilə imzalanıb.  Verilən kreditlərin 10-u standart, 12-si isə güzəştlidir.

Sonra təhsil naziri “Maarifçi” Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatları təqdim edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında