Təhsil Nazirliyi və “Microsoft” Korporasiyası İT sahəsi üzrə təhsil alan tələbələri iş mühitinə hazırlayır

İyunun 9-da Təhsil Nazirliyində “İT üzrə Təcrübə Proqramı” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin SABAH qruplarında informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə təcrübə toplamaq imkanını yaradacaq 50-yə yaxın şirkətin və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, layihənin əsas məqsədi tələbələri İT sahəsinin iş tələblərinə uyğun hazırlamaq, o cümlədən onların təcrübə proqramları ilə təmin olunması üçün yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq yaratmaqdır.

Layihənin icrası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, SABAH layihəsinin İcra Komitəsi və “Microsoft” Azərbaycan şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. SABAH qruplarında İT sahəsində təhsil alan, II və III kurs tələbələri “Microsoft” korporasiyası tərəfindən hazırlanmış təlim məzmunu ilə təmin ediləcək, sertifikat almaq üçün beynəlxalq səviyyədə tanınmış “Microsoft Technology Associate (MTA)” imtahanına cəlb olunacaqlar.

Eyni zamanda, tələbələrə imtahan öncəsi “Microsoft” texnologiyaları üzrə sertifikatlaşdırılmış yerli mütəxəssislər tərəfindən müvafiq məsləhət xidmətləri göstəriləcək. İmtahan zamanı yüksək nəticə əldə edən tələbələrə ali təhsil müəssisələrində və təlimlər zamanı öyrəndikləri bacarıqları iş mühitində tətbiq etmələri üçün tərəfdaş şirkətlərdə təcrübə toplama imkanları yaradılacaq.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən SABAH layihəsinin əsas məqsədi, ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında