Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədən qızıl, gümüş və bürünc medallarla qayıdıblar

Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü “International Computer Project Olympiada-2016" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqəyə qatılaraq, “Proqramlaşdırma” kateqoriyasında qızıl medal qazanıb. İlkin Musayevin layihəsi beynəlxalq ekspertlər tərəfindən maksimal-100 balla qiymətləndirilib və ən uğurlu layihə kimi qeydə alınıb. Bu layihə 3D modelinin üzərində qurulub. Ekspertlər qrupu layihəni ixtirayönümlü iş kimi dəyərləndirib.  

Nərimanov və Gənclik “İstək” liseylərinin şagirdlərindən ibarət 6 komanda isə müsabiqədə 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Belə ki, müsabiqəyə qatılan Ömər Qurbanlı, Rəsul Salamov qızıl, Malik Haqverdiyev, Aqil Əliyev, Aqşin Yusifzadə, Ərturan İbrahimli, Rəhman Bağırov gümüş, Aygül Qurbanova, Aysun Qələndərli, Zülfüqar Verdiyev və Şamil Ağazadə bürünc medal əldə ediblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilən InfoMatrix müsabiqəsinə bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, müsabiqədə 41 ölkədən 500 iştirakçı 285 layihə ilə birincilik uğurunda mübarizə aparıb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında