Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə “son zəng”

Mayın 25-də Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə dərs ilinin bitməsi ilə əlaqədar “son zəng” tədbiri keçirilib.

Tədbirdə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, ictimaiyyətin nümayəndələri, valideynlər, vaxtilə həmin məktəbdə çalışmış müəllimlər və şagirdlər iştirak ediblər.

D.Afanasyev Heydər Əliyev adına məktəbin yenidən qurulması, əlavə yeni tədris korpuslarının inşası və bütün lazımi avadanlıqlarla təchiz edilməsinin Həştərxan vilayəti ilə Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlığın nəticəsi olduğunu qeyd edib, məzunlara vahid dövlət imtahanını müvəffəqiyyətlə verməyi və ölkənin ali təhsil müəssisələrinə daxil olmağı arzulayıb.

Şagirdləri və onların valideynlərini tədris ilinin başa çatması münasibətilə təbrik edən Ədalət Hüseynov müəllimlərə yaradıcılıq işlərində müvəffəqiyyətlər, bu təhsil ocağını bitirən gənclərə isə Heydər Əliyev adına məktəbin məzunu adını gələcək həyat yollarında şərəflə daşımağı arzulayıb.

Məktəbin direktoru Tatyana Tixomirova bu ilin məzunlarının Heydər Əliyev adına məktəbin 5-ci yubiley buraxılışı olduğunu deyib, məktəbin yenidən qurulması və ona yeni həyat bəxş etdiyinə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bu il məktəbi 11-ci siniflər üzrə 21 məzun, 9-cu siniflər üzrə isə 58 məzun bitirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında