Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar

Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Bilik yarışları şagirdlərin müvafiq fənlərə maraqlarının daha da artmasına səbəb olur.

Respublika fənn olimpiadalarında bu il iştirakçıların sayının artdığını nəzərə çatdıran M.Cabbarov bilik yarışlarında  ümumilikdə 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib.

Müasir dünyada təhsilin mühüm rolunu xatırladan nazir qeyd edib ki, müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə məktəblilərimizin yüksək səviyyədə çıxış etmələri müvafiq istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin səmərəliliyinin göstəricisidir. Belə ki cari tədris ilində Koreya Respublikası, Albaniya, Rusiya və Çində keçirilən müxtəlif beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri medallar qazanıblar.

Nazir təhsilimizin inkişafı istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb.

Respublika fənn olimpiadalarına həsr edilmiş videoçarx nümayiş olunub.

Bildirilib ki, üç mərhələdə keçirilmiş Respublika fənn olimpiadalarının birinci mərhələsində 27 min 500, ikinci mərhələsində 4 min 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə (riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb.

Digər çıxış edənlər də qalibləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıblar.

Sonra qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında